BAKI, 3 iyun. TELEQRAF

İranın Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalına raket və PUA hücumu nəticəsində xəsarət alanlar var.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, T1 sərnişin terminalına hücumdan sonra Küveyt Beynəlxalq Hava Limanı təcili yardım planını işə salıb.

Zərbələr bir neçə hava limanı obyektinə ciddi ziyan vurub. Hadisədən sonra hakimiyyət orqanları bütün uçuşları dayandırmaq və növbəti xəbərdarlığa qədər digər hava limanlarına gələn uçuşların istiqamətini dəyişdirmək qərarına gəlib.