BAKI, 2 iyun. TELEQRAF

“Mesajımız budur ki, heç nəyimiz olmasa belə, Amerika ilə daş-qalaq müharibəsinə girəcəyik, çünki biz təslim olanlardan deyilik”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəis müavini Məhəmmədcəfər Əsədi deyib.

“Dəfələrlə bəyan etmişik ki, hələ bütün kartlarımızı açmamışıq, lazım gələrsə, istifadə edəcəyimiz bir çox kart var”, - o bildirib.

Əsədi iddia edib ki, son müharibə zamanı İranın müdafiə sənayesinə zərər dəysə də, hərbi texnika istehsalı müəssisələri və ordunu dəstəkləmək üçün istifadə edilən obyektlər ABŞ-dən tamamilə gizlədilib: “Düşmən onların yerlərini bilmir”.