BAKI, 25 may. TELEQRAF
“İranın xarici danışıqları və qarşılıqlı əlaqələri xalqın hüquqlarına tam hörmətlə yanaşılmaq üzrə qurulub”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran heç bir halda həddindən artıq təzyiq və tələblər qarşısında təslim olmayacaq”, - o bildirib.
Pezeşkian iddia edib ki, ABŞ hərbi sahədə uğursuzluğa düçar olduqdan sonra iqtisadi müharibəyə fokuslanıb.