BAKI, 22 may. TELEQRAF
“İranda hakimiyyət dəyişikliyi məsələsi yalnız ölkə vətəndaşları tərəfindən həll edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
“İranın siyasi sisteminin gələcəyi bu ölkənin insanlarından asılıdır. Düşünmürəm ki, kimsə bizi kimin idarə edəcəyini diktə etsəydi, biz bunu istəyərdik. Fikrimcə, siyasi sistem məsələsi iranlıların ixtiyarına buraxılmalıdır”, - diplomat vurğulayıb.
Həmçinin Ənvər Qarqaş əlavə edib ki, ABŞ və İsraillə müharibənin başlamasından bəri İran BƏƏ ərazisinə təxminən 3300 raket və PUA atıb:
“İranın hücumu bizim ən pis ssenarimiz idi, amma bunun öhdəsindən çox yaxşı gəldik. Kifayət qədər möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. 40 günlük müharibə və ondan sonra BƏƏ-ni hədəf alan İranın raket və dronlarının ümumi sayı təxminən 3300-dür”.
BƏƏ rəsmisi qeyd edib ki, bu raket və dronların yalnız 4 faizi hədəflərinə çatıb.