BAKI, 20 may. TELEQRAF

“İndiyə qədər ölkəni idarə etmək üçün istifadə edilən metodlar mövcud vəziyyətdəki bütün məsələlərə cavab vermir, əgər cavab versəydi, bir çox problem həll olunardı”.

Teleqtaf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian əyalət rəhbərləri ilə görüşündə deyib.

“Heç bir ölkə daxili nifaq və parçalanmadan əziyyət çəkməsə, adi hərbi hücum və ya bombalama yolu ilə təslim olmaz”, - dövlət başçısı bildirib.

Pezeşkian əlavə edib ki, su, elektrik enerjisi, qaz və benzin istehlakının idarə olunması üçün ətraflı plan yoxdursa, ölkə problemlərlə üzləşməyə davam edəcək:

“Ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün insanları istehlaka qənaət və idarəçilikdə əməkdaşlığa dəvət etməliyik”.