BAKI, 19 may. TELEQRAF
“İranın Bəsrə körfəzi ətrafındakı region ölkələrini də əhatə edən vəhşi təcavüzü zamanı rolların qarışması çaşdırıcıdır”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
“Qurban rolu vasitəçi rolu ilə qarışıb və əksinə, dost isə dəstəkçi və yardımçı olmaq əvəzinə vasitəçiyə çevrilib. Müasir körfəz tarixinin ən təhlükəli mərhələsi sayılan bu dövrdə və bu qəfil təcavüzün zirvəsində boz mövqe, yəni mövqesizlik daha təhlükəlidir”, - BƏƏ rəsmisi vurğulayıb.