BAKI, 18 may. TELEQRAF

“Yaxın Şərq ölkələri, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son hadisələrdən dərs çıxarmalı və ABŞ-nin bölgədəki hərbi mövcudluğunun bütün region üçün təhlükə yaratdığını qəbul etməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Region ölkələri, xüsusən də BƏƏ son iki-üç ayda baş verən hadisələrdən dərs çıxarmalıdır, çünki ABŞ və sionist rejimin (İsraili nəzərdə tutur – red.) bölgədəki hərbi mövcudluğu nəinki təhlükəsizliyə töhfə verir, həm də bu ölkələrin inkişafına və iqtisadi rifahına ciddi təhlükə yaradır”, - diplomat deyib.

Bəqayi qeyd edib ki, İran Yaxın Şərq dövlətlərinin öz ərazilərini ABŞ və İsrailin ixtiyarına verməsinə qəti şəkildə etiraz edir və qonşuları ilə regional dövlətlər arasında nifaq salmağa çalışanların təsirinə düşməməyə çağırır.