BAKI, 14 may. TELEQRAF
İraqın yeni Baş naziri Əli əl-Zeydi and içərək vəzifəsinin icrasına başlayıb.
Teleqraf xəbər verir ki, bu, parlament üzvlərinin Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi də daxil olmaqla, əsas vəzifələr barədə razılığa gəlməməsindən sonra baş verib.
“Reuters” agentliyi Bassem Məhəmmədin ölkənin yeni neft naziri təyin olunduğunu və Fuad Hüseynin yeni hökumətdə xarici işlər naziri vəzifəsində saxlanıldığını bildirib.
İraq parlamenti təklif olunan 14 nazirliyin rəhbər postları namizədlərinə etimad səsi verib.