BAKI, 13 may. TELEQRAF

İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləməkdə ittihamı ilə həbs edilən Ehsan Afrəştə mayın 13-də İran Ali Məhkəməsinin qərarı ilə edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

İddiaya görə, Afrəştə Nepalda MOSSAD-ın nəzarəti altında xüsusi təlim keçib və İsrail kəşfiyyatı ilə əməkdaşlığı zamanı üç dili - ingilis, fransız və ivrit dillərini öyrənib.

Qeyd edilib ki, iranlı İsrail kəşfiyyat xidmətində “Ceyms” ləqəbindən istifadə edib və əlaqələrini elektron poçt və müxtəlif mesaj tətbiqləri vasitəsilə qurub.