BAKI, 7 may. TELEQRAF
Tehran və Vaşinqton Hörmüz boğazının mərhələli şəkildə açılması müqabilində İrana qarşı tətbiq edilən blokadanın yumşaldılmasına dair ilkin razılıq əldə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər bir neçə aydır davam edən və qlobal enerji bazarına ciddi zərbə vuran dəniz blokadasının aradan qaldırılması üçün qarşılıqlı addımlar atacaqlar.
İran Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməyə başlayacaq, ABŞ isə buna cavab olaraq İran limanlarına tətbiq etdiyi hərbi blokadanı mərhələli şəkildə zəiflədəcək.
Qeyd olunur ki, bu razılaşma Pakistanın vasitəçiliyi ilə aparılan intensiv danışıqların nəticəsidir.