BAKI, 30 aprel. TELEQRAF

“ABŞ və İsrail 40 günlük müharibədə İranın Ali rəhbəri Əli Xameneini çox asanlıqla öldürdü”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı və xarici işlər nazirinin keçmiş müavini Mənuçöhr Möttəki deyib.

“Düşmənlər 12 günlük müharibə zamanı Əli Xameneini öldürmək niyyətində idilər, amma İran və digər yerlərdə reaksiyanın necə olacağından narahat idilər. Amma 40 günlük müharibədə bu qərarı verdilər və təhdidlərini həyata keçirdilər. Bunu asanlıqla etdilər”, - o bildirib.

Möttəki qeyd edib ki, Əli Xamenei təhlükəsizlik tədbirlərini ciddiyə almayıb, hücum zamanı iqamətgahında olub.