BAKI, 28 aprel. TELEQRAF

“ABŞ və İran arasında müharibə yenidən başlaya bilər”.

Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı keçmiş səfiri Nemətollah İzadi deyib.

“Yaxın gələcəkdə müharibənin yenidən başlaması və danışıqların bundan sonra aparılması ehtimalı realdır”, - o vurğulayıb.

İzadi ABŞ və İsraillə son hərbi münaqişədə Rusiyanın İrana yardım etməməsindən də şikayətlənib:

“Təəssüf ki, ruslar bu müharibədə gözlənildiyi qədər fəal olmadılar, halbuki bunun üçün kifayət qədər imkanları var idi”.