BAKI, 21 aprel. TELEQRAF
“İranın İsraildə soyqırımı törətmək cəhdinin qarşısını aldıq”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İrandakı ayətullah rejimi yeni Holokost planlaşdırırdı. Bizi nüvə silahları, bombalar və minlərlə ballistik raketlə məhv etmək üçün planlar qururdu. Əgər bu mövcudluq təhlükəsinə qarşı qətiyyət və cəsarətlə hərəkət etməsəydik, Natanz, Fordo və İsfahan (nüvə obyektləri) Holokost ölüm düşərgələrinin adları - Auşvitz, Majdanek və Treblinka ilə yanaşı çəkiləcəkdi. Amma bu baş vermədi, çünki böyük dostumuz ABŞ ilə birlikdə İran rejiminin ölüm maşınını yerindəcə məhv etdik. Bizə qarşı mövcudluq təhlükəsini aradan qaldırdıq”, - o bildirib.