BAKI, 14 aprel. TELEQRAF
ABŞ-İran münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsi Türkiyə və ya Misirdə keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin mənbəsi Türkiyə və Misir rəsmilərinin münaqişəni həll etmək üçün diplomatik səylər göstərdiyini, bu da danışıqların iki ölkədən birində baş tutma ehtimalını artırdığını söyləyib.
Xatırladaq ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtı İslamabadda nəticəsiz başa çatan görüş keçirib.