BAKI, 13 aprel. TELEQRAF
“İranda müharibə islahatçılarla radikallar arasında yox, işğalçılarla azadlıq tərəfdarları arasında gedir”.
Teleqraf xəbər verir ki, bunu İsveç parlamentində çıxışı zamanı İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.
“Haqqında danışılmalı olan müharibə İran rejimi ilə İran xalqı arasındakı müharibədir. Bu müharibə hər gün daha da alovlanır və orada heç bir atəşkəs yoxdur”, - o bildirib.
Rza Pəhləvi əlavə edib ki, hərbi əməliyyatların nəticəsi nə olur-olsun, İranın taleyini xarici qüvvələr yox, xalq müəyyən edəcək:
“Küçələrə çıxan İran xalqı azadlığı seçib. Gələcək nəsillər sizin bəyanatlarınızı oxumayacaq, sizin nə etdiyinizi görəcək. İran xalqı sizdən onların inqilabı üçün döyüşməyinizi istəmir, o, öz həyatını riskə atır. Repressiya edənlərə legitimlik və güc verməyin, onlara sığınacaq verməyin və İranın azad olacağı günə hazır olun”.