BAKI, 11 aprel. TELEQRAF

ABŞ kəşfiyyatı Çinin yaxın həftələrdə İrana hava hücumundan müdafiə sistemləri verməyə hazırlaşdığını bildirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Söhbət MANPADS tipli çiyindən atılan raketlərdən gedir. Bunlar aşağı hündürlükdə uçan təyyarələrə qarşı effektli hesab olunur, ağır və iri hava hücumundan müdafiə sistemləri deyil.

Məlumata görə, Çin bu göndərişi üçüncü ölkələr üzərindən keçirməklə gizlətməyi planlaşdırır.