BAKI, 10 aprel. TELEQRAF

“ABŞ-nin Yaxın Şərq ölkələrində hərbi bazaları olmamalıdır”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş ali rəhbəri Əli Xameneinin ofisinin sözçüsü Əlirza Pənahian deyib.

“Xalq düşmənlər məhv edilənə qədər küçələri tərk etməyəcək. Onlar regionda Amerika bazalarının yenidən qurulmasından narahatdırlar, buna icazə verilməməlidir. Xalq vəziyyəti nəzərə alaraq şüurlu davranır və humanistliyi unutmur. İran xalqı bilir ki, Livan xalqını müdafiə etmək özünümüdafiə deməkdir”, - o qeyd edib.