BAKI, 23 mart. TELEQRAF

Son üç həftə ərzində nə baş verməsindən asılı olmayaraq, İranın geri addım atması mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

“İranlılar bu müharibəni davam etdirmək istəmirlər, uzunmüddətli prosesə buna hazır deyillər. Onlar hesab edirlər ki, müharibə İran və regiona zorla sırıdılıb. ABŞ Prezidenti Donald Trampın təklifini rədd etmə ehtimalları çox aşağıdır.

Söyləyirlər ki, müharibəni bitirmək təşəbbüsü amerikalıların və israillilərin əlindədir, heç vaxt müharibəni nəyin bahasına olur-olsun davam etdirəcəklərini bəyan etməyiblər.

Tehran hesab edir ki, təminatlar verilərsə, əlavə danışıqlar aparılarsa, gələcəkdə oxşar ssenarilər təkrarlanmasa və davamlı razılaşma əldə etmək istəyi olarsa, o zaman iranlılar buna “yox” deməyəcəklər”, - telekanalın mənbəsi bildirib.