BAKI, 13 mart. TELEQRAF
Türkiyənin Adana şəhəri ətrafında yerləşən İncirlik hərbi hava bazasında həyəcan siqnalı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, ABŞ qoşunlarının yerləşdiyi NATO aviabazasında sirenlər təxminən beş dəqiqə ərzində saat 3:25 radələrində səslənib.
Məlum olub ki, hava həyəcanı NATO-nun hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan iki ballistik raketi uğurla məhv etdikdən sonra elan edilib.
NATO-nun hava hücumundan müdafiə sistemlərinin Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurmasından dörd gün sonra baş verən hadisə ilə bağlı rəsmi şərh verilməyib. Bu, son beş gündə ikinci belə haldır.