BAKI, 12 mart. TELEQRAF
“ABŞ və İsrail ilə İran arasında davam edən şiddətli qarşıdurmalar çərçivəsində İrandan Türkiyəyə fərqli zamanlarda iki ballistik raketin atıldığı və bunların NATO hava və raket müdafiəsi vasitələri tərəfindən zərərsizləşdirildiyi artıq bəyan edilib”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Baş verən hadisələr qarşısında Türkiyənin gördüyü tədbirlərə əlavə olaraq, NATO müttəfiqləri ilə aparılan məsləhətləşmə mexanizmləri də işə salınıb. Bu çərçivədə, NATO Müttəfiq Hava Komandanlığı tərəfindən Ramşteyndən (Almaniya) göndərilən “Patriot” sistemi hava müdafiə arxitekturasının tamamlayıcı elementi kimi Malatyada yerləşdirilir”, - o bildirib.
Açıqlamada NATO-nun müttəfiq ölkələrin hava məkanları və ərazilərini qoruma iradəsinə sahib təhlükəsizlik ittifaqı olduğu, Türkiyənin də geostrateji mövqeyi və güclü ordusu ilə ittifaqın cənub-şərq cinahında ən kritik elementlərdən biri olduğu qeyd edilib.