BAKI, 10 mart. TELEQRAF

Müharibə başlayandan bəri ABŞ 50-dən çox İran hərbi gəmisini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn məlumat verib.

General müharibənin ilk 10 günündə İranın 50-dən çox hərbi gəmisinin batırıldığı və ya məhv edildiyini bildirib.

Baş Qərargah rəisi müharibənin başlanğıcından bəri İranın raket hücumunun 90, PUA hücumunun isə 83 faiz azaldığını da açıqlayıb.

Den Keyn İranın müqavimət göstərdiyini, amma özünü ABŞ-nin düşündüyündən daha güclü rəqib olduğunu sübut etmədiyini vurğulayıb.+