BAKI, 10 mart. TELEQRAF

İrandan iki ballistik raket hücumundan sonra Türkiyənin Malatya şəhərində “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO tərəfindən də hava və raket hücumlarından müdafiə tədbirləri artırılıb. Bu çərçivədə, hava məkanımızın qorunmasına dəstək vermək məqsədilə təyin olunan bir “Patriot” sistemi Malatyada yerləşdirilir”, - açıqlamada bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail İranda hərbi əməliyyata başladıqdan sonra Türkiyə iki dəfə qonşu ölkənin raket hücumuna məruz qalıb.