BAKI, 9 mart. TELEQRAF
“İran dövlətinin iradəsinə hörmətlə yanaşırıq”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Müctəba Xameneinin İranın yeni ali rəhbəri təyin edilməsi barədə danışarkən deyib.
“İran sistemini də tanımaq lazımdır. Ali rəhbəri Ekspertlər Şurası seçir və hər seçki ilə bağlı oxşar müzakirələr gündəmə gəlir. Nəticə etibarilə ora dini məkandır. Dövlət başçıları dini liderlə də görüşürlər. Bu səbəbdən dini liderə görə radikal siyasi dəyişikliklərin olacağını söyləmək, İranı kifayət qədər tanımamaq anlamına gələ bilər.
Yekunda hər kəs bu müharibənin dayandırılması və masanın yenidən qurulmasını arzulayacaq. Görünür, buna dair hazırlıq var. İranın xarici siyasət mövqeləri şəxslərə görə dəyişməyəcək”, - AKP rəsmisi bildirib.