BAKI, 5 mart. TELEQRAF

İran bombardmançıları Dohada yerləşən və ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası Əl-Udeydə hücuma cəmi iki dəqiqə qalmış Qətər Hərbi Hava Qüvvələrinin F-15 qırıcıları tərəfindən vurulub.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) Rusiya istehsalı Su-24 bombardmançıları bomba və idarəolunan sursatlarla Əl-Udeyd aviabazasına doğru hərəkət edərkən aşkarlanıb.

Əl-Udeyd ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi obyektidir, təxminən 10 min amerikalı hərbçiyə ev sahibliyi edir.

Mənbələrin bildirdiyinə görə, təyyarələrin mümkün digər hədəflərindən biri də Qətərdə yerləşən “Ras Laffan” təbii qaz emalı kompleksi olub.

Vurulan təyyarələr Qətərin ərazi sularına düşüb və ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.