BAKI, 5 mart. TELEQRAF
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyə ərazisi istiqamətində hər hansı raketin buraxılması barədə yayılan məlumatları rəsmən təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin hərbi rəhbərliyi bəyanat yayıb.
Bəyanatda rəsmi Tehranın qonşuluq münasibətlərinə sadiqliyi vurğulanıb: "İran Silahlı Qüvvələri qonşu və dost ölkə olan Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkənin ərazisinə raketin atılması ilə bağlı hər hansı məlumatı təkzib edir".
Xatırladaq ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.