BAKI, 2 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Tehranın ölkə ərazisinə hava zərbələri ilə əlaqədar İran səfiri Rza Ameri çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlikdə səfirə BƏƏ-nin İranın hücumlarını ən sərt şəkildə pislədiyi qəti etiraz notasını təqdim edilib.