BAKI, 2 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Tehrana yeni bir zərbə dalğasını başa çatdırıb və bu hücumlar zamanı müxtəlif təhlükəsizlik orqanlarının binaları hədəf alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Məlumatda İranın daxili təhlükəsizlik xidmətlərinin qərargahlarına, bazalarına və regional komandanlıq mərkəzlərinə zərbələr endirildiyi bildirilir. Ordunun hesabatına görə, İran Kəşfiyyat Nazirliyinin 10-dan çox qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin qərargahına da hücum edilib.
Bundan əlavə, raket buraxıcıları, silah fabrikləri və SEPAH-ın Hərbi Hava Qüvvələrinin infrastrukturu kütləvi zərbələrə məruz qalıb.
Bildirilir ki, bu zərbələr İranın potensialını daha da zəiflədir.
Hücumlar davam etdiriləcək.
**
17:07
İranla müharibə bir neçə gün çəkəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib.
***
16:38
ABŞ və İsrail Hərbi Hava Qüvvələri İranın qərbində hava məkanı üzərində nəzarəti ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
16:35
Qırmızı Aypara Cəmiyyəti ABŞ və İsrailin fevralın 28-dən davam edən hücumları zamanı İranın azı 131 şəhərinin hədəfə alındığını açıqlayıb.
***
16:28
Həmədan şəhərində ardıcıl partlayışların səsi eşidilib.
SEPAH-ın Kirmanşahdakı bazaları şiddətli bombardmanlara məruz qalıb.
Kərəc, Urmiya, Məhşəhr və Mərivanda güclü partlayışlar baş verib.
SEPAH-ın Bəndər Abbasdakı hava-dəniz bazasına da hücum olub.
Şahinşəhr təyyarə istehsalı müəssisəsində də güclü partlayışlar olub.
***
16:27
Rusiyanın “Russia Today”ın media qrupunun İrandakı ofisi İsrail və ABŞ-nin hava hücumu zamanı zərər görüb.
***
15:26
SEPAH-ın Buşehrdə yerləşən dəniz bazasına zərbə endirilib.
İsrail və ABŞ-nin hücumlarından sonra media Tehranın mərkəzi, şərq və şimalında partlayışlar baş verib. Paytaxtın qərbində Xüsusi Təyinatlı Polis Komandanlığının tamamilə məhv edildiyi bildirilir.
Zəncan şəhərində yerləşən obyektlərə hücumlar barədə də məlumat var.
***
15:01
“Tasnim”in yazdığına görə, Tehranın mərkəzində bir neçə partlayış baş verib.
İsrail Müdafiə Qüvvələri də bəyan edib ki, Hərbi Hava Qüvvələri Tehranın mərkəzində hökumət hədəflərinə qarşı genişmiqyaslı zərbələr seriyasına başlayıb.
***
14:45
İran KİV ABŞ və İsrailin davam edən hava hücumları fonunda Əhvaz, Nəhvan və Həmədanda partlayışlar barədə məlumat yayıb.
***
14:35
İranda son durum:
“Tasnim” xəbər agentliyi ABŞ və İsrailin Xürrəmabad şəhərinə hücumları nəticəsində SEPAH-ın beş üzvünün öldürüldüyünü yazıb.
Əhvaz şəhərində neft kəmərində partlayış baş verib.
ABŞ və İsrail qırıcıları Əlborz əyalətinin Fərdis rayonunun səmasında uçuş həyata keçirirlər.
Tehranda 113 saylı Polis Bölməsi hava hücumu zamanı dağıdılıb. Həmçinin, paytaxtdakı Baş Polis Komandanlığının qərargahı da darmadağın edilib.
***
13:57
İsrail Müdafiə Qüvvələri dünən Tehrana hava zərbələri zamanı İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yüksək vəzifəli əməkdaşlarını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
13:51
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç döyüş təyyarəsi İran qüvvələri tərəfindən vurulub.
Teleqraf xəbər verir ki, bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahı məlumat yayıb.
***
13:30
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Rza Nəcəfi Natanz nüvə obyektinə hücum barədə məlumat verib.
Natanzın ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu bildirilib.
AEBA-nın baş direktoru Rafael Qrossi gərgin vəziyyət fonunda bölgədə ciddi nəticələrə səbəb ola biləcək radiasiya hadisəsinin baş vermə ehtimalını istisna etməyib.
***
13:28
ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İran paytaxtında vəziyyət sakitdir, ərzaq təchizatında fasilə yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Tehrandakı mənbə bildirib.
“Zərbələrə baxmayaraq vəziyyət sakitdir. Şəhər boşalıb, bir çox sakinlər gedib. Mağazalarında ərzaq var”, - Rusiya agentliyinin həmsöhbəti qeyd edib.
***
13:24
“Hana” İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, SEPAH-ın Sənəndəcdə yerləşən təhlükəsizlik-kəşfiyyat qərargahı ABŞ və İsrailin həyata keçirdiyi güclü bombardman nəticəsində məhv edilib.
***
13:14
İranın paytaxtı Tehrana hava zərbələri zamanı Vəliəsr kazarmasında şiddətli partlayış baş verib.
***
13:11
İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ABŞ və İsrail Silahlı Qüvvələri 2000-dən çox hədəfə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Təkcə İsrail Hərbi Hava Qüvvələri fevralın 28-dən bəri İrana doğru 700-dən çox hərbi uçuş həyata keçirib.
***
12:52
İranın nüvə obyektinin yerləşdiyi Buşehr şəhəri bombardman edilib.
Ölkənin şimal-qərbindəki Sənəndəc şəhərində isə polis qərargahı dağıdılıb.
***
12:28
İranın Bəndər Abbas şəhəri hava hücumuna məruz qalıb.
Hücumdan sonra şəhərdə partlayışlar baş verib.
***
12:08
İranın Kərəc və Tehran şəhərləri üzərində ABŞ və ya İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçduğu bildirilir.
Həmçinin, Tehranın Əfsariyyə rayonunda partlayışların baş verdiyi haqda məlumat var.
***
12:02
İran KİV Hörmüzqan əyalətinin Bastak şəhərinin hava hücumuna məruz qaldığını bildirib.
Xuzistan əyalətinin Mahşəhr limanına hava hücumu edildiyi barədə də məlumat var.
Həmçinin Ərdəkan və Yəzddə altı, Yəzd-Mehriz yolunda isə bir nöqtə ABŞ vı İsrailin hava hücumları nəticəsində hədəfə alınıb.
SEPAH-ın Kirmandakı sursat anbarı da məhv edilib.
***
11:47
İsrail Hərbi Hava Qüvvələri İranda hərbi hədəflərə zərbələr endirib.
***
10:25
ABŞ-nin “USS McFaul” (DDG-74) esminesindən İrana 9 ədəd BGM-109 “Tomahawk” qanadlı raketi atılıb.
***
10:03
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İranın qərb və şimal bölgələri İsrail və ABŞ-nin hücumlarına məruz qalır.
***
09:14
ABŞ və İsrail İranın paytaxtı Tehranın şərq, qərb və cənub rayonlarına yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Ölkənin qərbindəki Sənəndəc şəhəri də bombardman edilib.