BAKI, 13 fevral. TELEQRAF
“İranın raket sistemləri Tehran üçün qırmızı xətdir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ ilə danışıqları şərh edərkən deyib.
“Raket sistemlərimiz qırmızı xətlərimizdən biridir və danışıqlarda müzakirə mövzusu ola bilməz”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin danışıqlarda İrandan nüvə proqramı ilə yanaşı, ballistik raket proqramından da imtina etməyi tələb etdiyi bildirilir.