BAKI, 5 fevral. TELEQRAF

“İranla ABŞ arasında müharibə baş verərsə, Livanın təhlükəsizlik orqanları “Hizbullah” Hərəkatı ilə Suriya hökuməti arasında qarşıdurma ehtimalından narahatdır”.

Teleqraf xəbər verir ki, bu barədə “Hizbullah”a “Al-Akhbar” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Suriya Prezidenti Əhməd Şaraa komandası ilə toplantısında “Hizbullah”dan qisas alacaqlarını bildirib.

“Al-Akhbar” qeyd edib ki, Suriya-Livan sərhədində qeyri-adi hərbi fəallıq müşahidə olunur.