BAKI, 22 yanvar. TELEQRAF

“İsrail, Səudiyyə Ərəbistanı və İordaniya İrandakı rejimi devirmək üçün ABŞ-yə kömək etməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Maykl Makkol deyib.

“Yaxın Şərqdəki müttəfiqlərimizi - İsrail, Səudiyyə Ərəbistanı və İordaniyanı rejimi devirmək üçün hərəkətə keçməyə çağırıram, çünki bu, onların da maraqlarına uyğundur. Bu ölkələr İran xalqına ayətullah rejimini devirməkdə kömək etmək üçün lazımi resurslar və kəşfiyyat imkanlarına malikdirlər. İslam Respublikasının devrilməsi zaman məsələsidir”, - senator bildirib.