BAKI, 14 yanvar. TELEQRAF

İran region dövlətlərinə - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Türkiyəyədək xəbərdarlıq edib ki, ABŞ tərəfindən hücum olacağı təqdirdə, bu ölkələrdə yerləşən ABŞ hərbi bazaları hədəfə alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə İranın yüksək vəzifəli rəsmisi deyib.

İran rəsmisi agentliyə bildirib ki, ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra Vaşinqtonla Tehran arasında birbaşa əlaqə dayandırılıb.