BAKI, 13 dekabr. TELEQRAF
Dekabrın 16-da Dohada ABŞ tərəfindən Qəzza ilə bağlı görüş keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ rəsmiləri danışıqlarda 25-dən çox ölkənin iştirak edəcəyini bildiriblər.
"Görüşdə BMT tərəfindən təsdiqlənmiş Qəzza üzrə beynəlxalq sabitləşdirmə qüvvəsinin yaradılması planını əhatə edəcək. Danışıqlarda hərbi qüvvənin sayı, komanda strukturu, döyüş qaydaları və logistika məsələləri müzakirə olunacaq",- məlumatda qeyd edilib.