BAKI, 6 dekabr. TELEQRAF
Livandakı erməni kilsəsinin (“Böyük Kilikiya Evi” adlandırılır – red.) katolikosu Aram İranın Beyrutdakı səfiri Müctəba Əmani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Görüş zamanı Roma Papası XIV Leonun Livana səfəri, Livandakı vəziyyət, Ermənistan-İran münasibətləri və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən marşrutla (Zəngəzur dəhlizi – red.) bağlı məsələlər müzakirə olunub.
Səfir erməni katolikosu İrana səfərə dəvət edib.