BAKI, 17 oktyabr. TELEQRAF

Qəzza ilə bağlı sazişin birinci mərhələsinin icrası yekun mərhələdədir.

Teleqraf xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdelati Hindistanın paytaxtı Yeni Dehliyə səfəri çərçivəsində keçirdiyi brifinqdə bildirib.

"Hazırda Qəzza planının birinci mərhələsinin icrasının yekun mərhələsindəyik", - o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.