BAKI, 13 oktyabr. TELEQRAF
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ lideri Donald Trampa ölkənin ən yüksək dövlət ordeni olan "Nil ordeni"ni təqdim etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Misir Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Donald Tramp bu mükafata regional münaqişələrin həllinə verdiyi töhfələrə və xüsusilə Qəzzada müharibənin dayandırılmasındakı roluna görə layiq görülüb.
