BAKI, 14 iyul. TELEQRAF
"Tehran heç bir ilkin şərt qoyulmadan Vaşinqtonla danışıqlara hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.
O qeyd edib ki, İran danışıqlara əvvəlcədən heç bir şərt qoyulmadan, İranın müəyyən etdiyi qırmızı xəttlərə riayət edilməklə başlamağa hazırdır: “ABŞ deyir ki, İran uranın zənginləşdirilməsini dayandırmalıdır, halbuki bu, bizim üçün qırmızı xəttlərdən biridir. Əgər danışıqlar məhz uranın zənginləşdirilməsinin dayandırılması şərti ilə aparılacaqsa, bu danışıqlar heç vaxt baş tutmayacaq".