BAKI, 3 iyul. TELEQRAF

“İsrail nazirləri və siyasətçilərinin İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı bəyanatlarını qəti şəkildə rədd edirik”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

XİN İsrailin bəyanatlarını “beynəlxalq hüquqa zidd məskunlaşma siyasətinin və işğalı daimiləşdirmək səylərin bariz göstəricisi” adlandırıb:

“Xüsusilə atəşkəs təşəbbüslərinin davam etdiyi bir dövrdə ilhaqla bağlı bu məsuliyyətsiz çağırışlar beynəlxalq ictimaiyyətin uzun illərdir qəbul etdiyi həll prinsiplərini heçə sayır.

Fələstin ərazilərinə sistemli müdaxilələr və Fələstin xalqının köçürülməsinə yönəlmiş addımlar bölgədəki kövrəkliyi daha da dərinləşdirir.

Bir daha vurğulayırıq ki, Yaxın Şərqdə davamlı sülh, qarşılıqlı etimad və sabitliyin bərqərar olması üçün Fələstin xalqının qanuni hüquqları tanınmalı və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövləti yaradılmalıdır”.