BAKI, 24 iyun. TELEQRAF
Qətər Xarici İşlər Nazirliyi (XİN) Əl-Udeyd hərbi bazasına dünənki hücumdan sonra İranın bu ölkədəki səfirini çağırdığını bəyan edib.
Teleqraf xəbər verir ki, XİN-də səfirə Qətər Dövlətinin adından nota verilib.
Xatırladaq ki, İran Silahlı Qüvvələri dünən ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də nüvə obyektlərinə hücumuna cavab olaraq, Vaşinqtonun Qətərdəki hərbi bazasına (Əl-Udeyd) raket zərbələri endirmişdi.