BAKI, 20 iyun. TELEQRAF
“Müharibəyə son qoymağın yeganə yolu İsrailin İrana təcavüzünü qeyd-şərtsiz dayandırmaqdır”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz həmişə sülh və əmin-amanlıq üçün çalışmışıq, amma indiki şəraitdə məcburi müharibəyə son qoymağın yeganə yolu düşmənin (İsraili nəzərdə tutur - red.) təcavüzünü qeyd-şərtsiz dayandırmaq və sionist terrorçuların avantürizminə həmişəlik son qoymaq üçün yekun zəmanət təmin etməkdir. Əks halda, bizim cavabımız daha sərt və daha amansız olacaq”, - dövlət başçısı bildirib.