BAKI, 13 iyun. TELEQRAF

İranın Ali Rəhbəri Əli Xamaneyinin əmri ilə general-mayor Əbdülrəhim Musəvi Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edək ki, İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri həyatını itirib.