BAKI, 12 iyun. TELEQRAF

“İran ABŞ və digər düşmənlərini məyus edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Biz bu ölkədə ləyaqət və qürurla yaşayacağıq. Düşmənlərimizi və Amerikanı məyus edəcəyik. Biz Amerikadan qorxmuruq. Bizim gənclərimiz, sərmayədarlarımız, alimlərimiz və ölkələri üçün canlarını qurban verməyə hazır olan insanlarımız var. Onlar bu ölkəni quracaqlar. Bütün problemlərin öhdəsindən gələ biləcəyimizə inanırıq”, - dövlət başçısı qeyd edib.

M.Pezeşkian ölkəsinin ABŞ-yə güvənmədiyini də vurğulayıb:

“Amerika və Avropa İrana və xalqımıza təzyiq və sanksiyalar tətbiq etməyə çalışır. Onlar sanksiya və təhdidlərlə bizi dayandıra biləcəklərini düşünürlər, amma biz onlara imkan verməyəcəyik. Biz Amerika və onun əlaltılarına deyil, Allaha güvənirik”.