BAKI, 22 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Təbriz şəhərində “Şəhid Mədəni” xəstəxanasında ürək əməliyyatı edib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İxtisasca kardiocərrah olan Pezeşkian dünən Təbrizə planlaşdırılmamış səfəri zamanı xəstəxananın əməliyyat otağına baş çəkib və ürək əməliyyatı keçirib.

