BAKI, 20 may. TELEQRAF

“İran və ABŞ arasında danışıqların uğurlu olacağı ehtimalı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyi deyib.

“O vaxt (keçmiş prezident İbrahim Rəisi dövründə - red.) da indiki kimi danışıqlar vasitəçilər vasitəsilə aparılırdı, amma nəticəsi olmadı. İndi də bunun hansısa nəticə verəcəyini düşünmürük. Bundan sonra nə olacağı bəlli deyil”, - İranın dini lideri bildirib.