BAKI, 12 may. TELEQRAF

“Millətimizi 40 ildən çoxdur davam edən bəladan xilas etdik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin Milli Müdafiə Komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar PKK terror təşkilatının ləğvi qərarını şərh edərkən deyib.

“Allahın izni ilə millətimizi 40 ildən artıqdır davam edən bu bəladan xilas etdik və bundan sonra da edəcəyik. Prezidentimiz və Dövlət Baxçalı bu mövzuda son dərəcə qətiyyətlidir.

Təşkilat ləğv edildi, silahlar yerə qoyulur. Proqram çərçivəsində silahların zərərsizləşdirilməsi ilə bağlı bütün aidiyyəti qurumlar üzərinə düşən vəzifələri yerinə yetirəcək.

İnşallah, hamımızın birlikdə daha rahat və firavan yaşamaq imkanımız olacaq. Bu, bizim məqsədimiz və səyimizdir”, - qurum rəhbəri vurğulayıb.