BAKI, 14 aprel. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu həftə İrana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü BAEA-nın baş direktorunun İrana səfərinin vaxtı ilə bağlı suala cavab olaraq deyib.

Onun sözlərinə görə, Rafael Qrossinin səfəri ilə bağlı fundamental razılıq və səfərin prinsipi ilə bağlı anlaşma əldə olunub.