
BAKI, 12 aprel. TELEQRAF
İran və ABŞ nümayəndə heyətləri bu gün Omanda keçiriləcək dolayı danışıqlarda yalnız Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanmasını müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Danışıqlar dolayı olacaq və yalnız nüvə məsələsi müzakirə ediləcək. Əsas məsələlərin əksəriyyəti isə məsləhətləşmələr zamanı aydınlaşacaq”,- nazir qeyd edib.