
BAKI, 11 aprel. TELEQRAF
Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin aprelin 12-də Misirə səfər edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Səfərin əsas məqsədi Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı danışıqları davam etdirməkdir.
Danışıqların detalları barədə əlavə məlumat verilməyib.