
BAKI, 11 aprel. TELEQRAF
Misir, ABŞ və Qətər nümayəndələri Fələstin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəsin əldə edilməsi məqsədilə aparılan danışıqlarda vasitəçilik edir. İsrail və Misir tərəfləri bir-birinə yeni təkliflər təqdim ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.
Məlumata görə, tərəflər Qəzza sektorunda atəşkəsin təmin edilməsi ilə bağlı yeni təkliflər layihəsini mübadilə ediblər. Misirin təklifi, əvvəlcə Qahirə və Vaşinqton tərəfindən təqdim edilən təşəbbüslərin birləşməsidir və bu təkliflər, danışıqların irəliləməsi və yaxın vaxtlarda real nəticələr əldə edilməsi üçün imkanlar yaradır.