BAKI, 29 mart. TELEQRAF

Qətər və Misir Fələstin HƏMAS hərəkatı ilə və İsraillə Qəzza zolağında atəşkəsi bərpa etmək üçün yeni razılaşma üzrə məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Razılaşma beş israilli girovun azad edilməsi və 50 günlük atəşkəsin əldə olunmasını nəzərdə tutur.

Misir və Qətər nümayəndə heyətləri hər iki tərəflə müzakirələr aparır, məqsəd isə Ramazan bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəs əldə etməkdir.