BAKI, 22 mart. TELEQRAF

ABŞ Prezidenti İranla müharibənin qarşısını almağa çalışır.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Amerika rəsmisi bildirib ki, Trampın İranın ali rəhbəri Əli Xameneyiyə son məktubu təhdid məqsədi daşımayıb:

“ABŞ hərbi üstünlüyə malikdir, iranlıların diplomatik həll üçün səy göstərməsi daha təbii olardı. Əvəzində bunu Tramp edir.

O, təxminən belə deyir: mən sülhsevər prezidentəm, mənim istədiyim budur – məsələni hərbi yolla etməyimiz üçün heç bir səbəb yoxdur, danışmalıyıq. Biz yoxlama proqramı yaratmalıyıq ki, sizin nüvə materiallarınızın hərbiləşdirilib-hərbiləşdirilmədiyi bilinsin və bundan heç kim narahat olmasın. Bunun (razılaşmanın) alternativi o qədər də yaxşı deyil”.

Uitkoff qeyd edib ki, ABŞ-nin İranla müzakirələri bir sıra ölkə və kanallar vasitəsilə davam edir:

“Tramp söyləyir ki, İranla məsələləri həll etmək fürsətinə açıqdır, onlar yenidən dünyaya açılıb möhtəşəm bir xalq ola bilərlər. Tramp onlarla etimad yaratmaq istəyir”.